Deputat: “Ermənilər Ağdaban qətliamını törətməklə Kəlbəcər əhalisinin gözünü qorxutmaq istəyirdilər” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənilər Ağdaban qətliamını törətməklə Kəlbəcər əhalisinin gözünü qorxutmaq istəyirdilər”

Qafar Ağayev10:29 - 09 / 04 / 2022
Deputat: “Ermənilər Ağdaban qətliamını törətməklə Kəlbəcər əhalisinin gözünü qorxutmaq istəyirdilər”

“1992-ci il aprel ayının 7-8-də Kəlbəcər rayonunun girişində yerləşən Ağdaban kəndinə ermənilər hücum etmiş, kənd sakinlərini yandırmış, kəndin evlərini talan qoymuş və qadınları, uşaqları amansızcasına qətlə yetiriblər”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Ermənilər hətta kənd sakinlərinin cəsədlərinə qarşı təhqirlər və təcavüzlər etmiş, onların cəsədlərini vəhşicəsinə məhv etməyə çalışıblar. Onlar Ağdaban faciəsini törətməklə onlar Kəlbəcərə gedən yolu kəsmək və Kəlbəcər camaatının gözünü qorxutmaq, Kəlbəcəri işğal etməyə bir hazırlıq kimi planlaşdırmışdılar. Çox təəssüflər olsun ki, bu hadisələrdən sonra onlar yenidən bu kəndə hücum edərək, ümumilikdə Kəlbəcəri işğal edə bilmişdilər".

“Bu faciə baş verdikdən sonra sağ qalmış kənd sakinləri yenidən kəndə qayıdaraq həyatı bərpa edə bilmişdilər” - deyə, deputat əlavə edib:

“Ancaq təəssüflər olsun ki, o kənddə 1 ilə qədər yaşaya biliblər. 44 günlük Vətən Müharibəsindən sonra bizim bütün torpaqlar işğaldan azad olundu. Şükürlər olsun ki, biz Kəlbəcəri, Ağdabanı işğaldan azad edə bilmişik. Ermənilər illər ərzində işğal altında saxladıqları ərazilərimizi viran qoysalar da azad olunandan sonra bizim dövlətimiz, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün kənd, rayon və şəhərlərdə olduğu kimi Ağdaban da öz görkəminə qayıdacaq. Keçmiş məcburi köçkünlərimiz tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar. Bu gün Dədə Şəmşirin ruhu şaddır, çünki torpaqlarımız işğaldan azad olunub".

Paylaş:
430

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər