Deputat: “İlham Əliyevin vəd verdiyi 600 min əvəzinə 900 min iş yeri yaradıldı” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “İlham Əliyevin vəd verdiyi 600 min əvəzinə 900 min iş yeri yaradıldı”

Qafar Ağayev17:47 - 11 / 04 / 2022
Deputat: “İlham Əliyevin vəd verdiyi 600 min əvəzinə 900 min iş yeri yaradıldı”

“2003-cü ildə İlham Əliyev ilk dəfə namizədliyini irəli sürərkən onun prezidentliyi dövründə ölkədə qaçqın düşərgəsinin qalmayacağını, öz doğma evlərindən məhrum olmuş soydaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunacağını vəd etmişdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Deputat bildirib ki, Prezidentliyə namizəd İlham Əliyev işsizlik və yoxsulluq içində çarpışan vətəndaşlar üçün ölkədə 600 min yeni iş yeri yaradacağını bəyan etmiş və iqtisadi tənəzzülün iqtisadi yüksəlişlə əvəz olunacağına söz vermişdi.

“Seçicilərin əksəriyyəti ilk dəfə İlham Əliyevə etimad göstərərək onu özünün prezidenti seçdi. İlham Əliyev isə özünün dediyi kimi, yalnız öz seçicilərinin yox, hər bir Azərbaycan vətəndaşının prezidenti oldu. İlk 5 il ərzində xalq İlham Əliyevin bəyan etdiyindən daha çox işlər görməyə qadir olduğunu və prezidentlik müddətinin hər gününü və hər saatını xalqın ən ümdə problemlərinin həllinə həsr etdiyinin şahidi oldu. Nəticədə bütün qaçqın düşərgələri ləğv olundu, 600 min əvəzinə isə 900 min iş yeri yaradıldı. Xalq növbəti 2008-ci il seçkilərinə böyük məmnunluq və minnətdarlıq hissləri ilə gedirdi.

2008-ci il seçkiləri ərəfəsində Prezident İlham Əliyev növbəti 5 il ərzində ölkədə dayanıqlı inkişafı təmin edərək əlverişli biznes mühitinin yaradılacağını, iqtisadiyyatın şaxələndirilməsi üzrə həyati vacib islahatların aparılcağını elan etdi. Prezident seçkiləri bütün dünyada qlobal iqtisadi böhranın başlaması ilə eyni zamana təsadüf edirdi. Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrində qlobal böhran səbəbindən inkişaf templərinin nəzərəçarpacaq dərəcədə azaldığı bir dönəmdə Azərbaycan növbəti 5 il ərzində ən yüksək iqtisadi inkişaf artımı ilə lider dövlətə çevrildi. Qeyri-neft sektorunun inkişafı istiqamətində gələcəyə hesablanmış çox mühüm addımlar atıldı. Demək olar ki, bütün ölkələrdə həyat səviyyəsi enməkdə davam edərkən ölkəmizdə əhalinin illik orta gəlirləri artmağa başladı. Digər ölkələrdə büdcə defisitinin artdığı bir zamanda Azərbaycan höküməti hər bir maliyyə ilini profisitlə başa vururdu. Növbəti dəfə İlham Əliyev ən çətin vəziyyətlərdə hansı yüksək nəticələrə nail olmağa qadir olduğunu nümayiş etdirdi. Bütün bunlar prezident Əliyevin ölkənin strateji inkişafı haqqında dəqiq düşünülmüş, aydın və konkret inkişaf proqramına, eləcə də qarşıya çıxan çətinliklərə baxmayaraq bu proqramı uğurla həyata keçirmək iradəsinə malik olduğunu sübut etdi”.

C.Feyziyev qeyd edib ki, 2013-cü il seçkiləri həm daxildən, həm də xaricdən Azərbaycanın uğurları əleyhinə çalışan qüvvələrin səfərbərliyi şəraitində keçirdi.

“Demokratiya” və “insan haqları” haqqında şüarlarla pərdələnmiş təzyiq siyasəti əslində ölkədə qarşıdurma yaratmağa, Azərbaycanı inkişaf və tərəqqi yolundan döndərməyə yönəlmişdi. Öz siyasi iddialarına nail olmaq naminə milli maraqlarımızı qurban verməyə hazır olan bir sıra marginal qrupları dəstəkləyən xarici qüvvələr bu dəfə də Azərbaycan xalqının İlham Əliyevə olan sonsuz etimadı və inamı qarşısında geri çəkilməyə məcbur oldular. İlham Əliyevin inamlı qələbəsi ilə başa çatan seçkilərdən dərhal sonra ölkə hərtərəfli islahat və inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə Yol Xəritələri təqdim olundu. Bu yol xəritələrinin həyata keçirilməsi ilə Azərbaycan bir çox inkişaf göstəriciləri üzrə dünyada ən qabaqcıl yerlərə çıxdı”.

“4 il öncə bu gün keçirilmiş prezident seçkilərində İlham Əliyevə göstərilən dəstək özünün pik həddinə çatdı” – deyə, deputat əlavə edib:

“Xalq artıq öz gələcəyini yeganə lideri hesab etdiyi İlham Əliyevin adı ilə bağlamışdı. Bütün sahələrdə davamlı və sürətli inkişafın şahidi olmuş vətəndaşlar artıq ölkə qarşısında duran ən böyük problemin – Qarabağın azadlığa qovuşmasının nicatını məhz İlham Əliyev siyasətində görürdü. Bütün əvvəlki seçkilərdə Prezident İlham Əliyevin xalqa bəyan etdiyi inkişaf proqramlarında dövlət və ordu quruculuğu qırmızı xətlə keçirdi. Xalq ona inanırdı və uzun zaman gözlənilən həqiqət anının məhz İlham Əliyevin rəhbərliyi altında gələcəyinə əmin idi. Prezident İlham Əliyev ölkədə həyat səviyyəsinin artımı ilə yanaşı onun müdafiə qüdrətinin davamlı olaraq artırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu və bu vəzifənin öhdəsindən necə gəlindiyi 2020-ci ilin payızında vətən torpaqları uğrunda müqəddəs savaşda özünü bütün parlaqlığı ilə göstərdi. Bütün bu illər ərzində prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə hazırlanmış ordumuz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı sanki bir göz qırpımında düşmən caynağından qopardı. Güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin bütün ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında son anadək – hər bir Azərbaycanlı üçün şərəf və ləyaqət rəmzi olan Şuşanın azad olunmasınadək müharibəni davam etdirdi. Azərbaycan əsgəri Vətənin hər qarış torpağı üçün canını əsirgəmədi, həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verdi”.

Cavanşir Feyziyev deyib ki, bu gün Azərbaycan azad və hürdür.

“Yüz illər boyunca bu azadlığa və hürriyyətə can atan bir xalq nəhayət ki, sözün tam mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə - xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi. Məhz Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, xalqın qürur və ləyaqətini özünə qaytardı. Bununla da Prezident İlham Əliyev Azərbaycan tarixinin ən qüdrətli liderinə çevrildi və bu gün bütün Azərbaycan öz müdrik seçimi ilə fəxr edir”.

Paylaş:
395

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər