Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Qafar Ağayev18:54 - 11 / 04 / 2022
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

​​​​​11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə, humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Paylaş:
441

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər