Anar Əliyev: “2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz artım olub”
“2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib”.
1news.az xəbər verir ki, bunu Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlarla bağlı brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, 2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur:
“Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib” .
283