Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb | 1news.az | Xəbərlər
Dünya

Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb

11:47 - 12 / 04 / 2022
Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada aprelin 12-də əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.

1news.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Facebook” hesabındakı paylaşımında qeyd edib. O, humanitar dəhlizlərdən 5-nin döyüşlərin daha çox getdiyi Luqansk regionu üçün nəzərdə tutulduğunu bildirib.

Ötən gün Ukraynanın şəhərlərindən humanitar dəhlizlər vasitəsi ilə ümumilikdə 4 354 nəfərin təxliyə edildiyi bildirilir. Mühasirədə saxlanılan Mariupolu isə 550 mülki şəxs tərk edə bilib.

1news.az

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər