Deputat: “Bu müşavirə, həm də postmüharibə dövrünün bir illik hesabatı idi”
“Aprel müşavirəsi təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil həm də postmüharibə dövrünün bir illik hesabatı idi”.
Bunu 1news.az açıqlamasında Milli Məclisin deputatatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Azərbacan Pezidenti İlham Əliyev əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkşafımız kontekstində həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi.
“Üzərində durduğu məsələlər isə ayrı-ayrı bloklardan ibarət ibarət idi. Diqqətlə nəzər saldıqda ilk növbədə görürük ki, Prezident əvvəla beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış kontekstində əsas məslələrdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbətə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT –nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu özlüyündə şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir”.
“Eyni zamanda şübhəsiz ki ,Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi hadisəsidir”- deyə, deputat əlavə edib:
“Bu, mühüm tarixi -strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki , ATƏT-in Minsk Qrupu de-fakto etibarsızıdr, qeyri-funksionaldır. Yəni fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT- ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühütinin yaradılması ilə məşğul ola bilər. Yəni, vətəndaş cəmiyyəti institutları, media vəsair vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkün ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə Prezident bu vacib qurumun aprel ayının 6 da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər”.
H.Babaoğlunun sözlərinə görə, Prezident öz çıxışının növbəti blokunda milli yaddaşımıza tarixi çağırış etdi.
“Bu çağırış bu gün və gələcək üçün olduqca vacib çağırış idi. Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələrinə toxunaraq Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkərək Azərbaycan ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi. Əslində bu fikirlər bundan sonra Azərbaycanda milli ordu modelinin necə olmasına da bir növ istiqamət vermiş oldu. Ordumuz professional hərbi kadrlardan komplektləşdirilərək Türkiyə Ordusu modelində güclü bir ordu olacaq.
“Prezidentin toxunduğu növbəti blokda isə postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri öz əksini tapdı ki, bu da regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi” – deyə, deputat əlavə edib:
“Növbəti istiqamət isə regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürüyü öhdəçiliyi dərhal yetinə yetirməsi ilə bağlı idi .Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu Ermənstana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Nəticədə 12 aprel müşavirəsi ölkədaxili və xarici milli cağırışlar kontekstində mümhüm bir hadisə kimi yadda qaldı”.