Nazir: Bu ilin ilk rübündə büdcəyə vergi daxilolmaları 34,4 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Bu ilin ilk rübündə büdcəyə vergi daxilolmaları 34,4 faiz artıb

Qafar Ağayev12:01 - 13 / 04 / 2022
Nazir: Bu ilin ilk rübündə büdcəyə vergi daxilolmaları 34,4 faiz artıb

2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802.191,1 min manat təşkil edib və proqnoz 123,8% səviyyəsində icra olunub.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər