Ombudsman Başlıbel faciəsinin ildönümü ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman Başlıbel faciəsinin ildönümü ilə bağlı açıqlama yayıb

Qafar Ağayev13:43 - 18 / 04 / 2022
Ombudsman Başlıbel faciəsinin ildönümü ilə bağlı açıqlama yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.

Ombudsman Aparatından 1news.az-a verilən xəbərə görə, açıqlamada bildirilib ki, Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırımı cinayətinin qurbanına çevrilib:

"Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınmış, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olmuşdur və bugünədək itkin hesab olunanlar var.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.

Ermənistan tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırım cinayəti, habelə Azərbaycanın tarixi-mədəni irsinə qarşı vandalizm aktı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq hüquq normalarının tələbləri bir daha kobud şəkildə pozulmuşdur.
İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər”, - açıqlamada bildirilib.

Paylaş:
301

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər