Deputat: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor nümayəndələrinin çox böyük əməyi var” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor nümayəndələrinin çox böyük əməyi var”

Qafar Ağayev10:20 - 19 / 04 / 2022
Deputat: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor nümayəndələrinin çox böyük əməyi var”

“Cənab Prezident İlham Əliyev prezident seçildikdə söylədiyi fikirlərdən biri ondan ibarət idi ki, "mən dünyanın hər bir yerində yaşayan azərbaycanlıların prezidentiyəm"”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Həqiqətən də cənab Prezident öz fəaliyyəti müddətində bunu sübut etdi. Hər bir azərbaycanlının, Azərbaycan üçün çalışan, xidmət edən, özünü azərbaycanlı hesab edən vətəndaşın hüquqlarının qorunması üçün dövlətin resurslarını səfərbər etdi. Unutmamalıyıq ki, Azərbaycan müstəqillik qazandıqda ulu öndər Heydər Əliyevin diasporun formalaşması və güclənməsi üçün çox səyləri və vacib addımları var idi. Ulu öndər öz səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların bir araya gəlməsi, birlik nümayiş etdirməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün səfərbər olmasını təmin etmək üçün çox vacib işlər gördü. Bu ənənəni cənab Prezident İlham Əliyev çox uğurla davam etdirdi. Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında diaspor nümayəndələrinin, xaricdə yaşayan azərbaycanlıların çox böyük əməyi var. Xüsusilə də 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq savaşının dəstəklənməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dünya azərbaycanlılarının, soydaşlarımızın üzərinə çox böyük yük düşürdü. Mütəmadi olaraq diaspor nümayəndələri Azərbaycanda toplaşır, onların fəaliyyəti ilə bağlı strategiya, hədəflər formalaşdırılırdı”.

Deputat bildirib ki, artıq Vətən Müharibəsindən sonra yeni baxışlar, yeni strategiya, yeni tapşırıqlar hazırdır.

“Bu dəfə keçiriləcək qurultay çox önəmlidir. Çox qürurverici bir andır ki, diaspor nümayəndələri işğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı, Türk dünyansının mədəniyyət paytaxtı Şuşa şəhərində toplaşacaqlar. Bu dəfə cənab Prezident İlham Əliyevin xüsusi yol xəritəsi diaspor nümayəndələrinə bildiriləcək və diaspor nümayəndələri Azərbayanın yaratdığı yeni reallıqlar fonunda, yeni strategiya əsasında öz işlərini quracaqlar. Bu gün biz əminliklə deyə bilərik ki, dünyanın hər bir yerində yaşayan azərbaycanlı qürur hiss keçirir, fəxarət hissi keçirir. Çünki biz torpaqlarımızı işğaldan azad etmişik, artıq biz ilkin hədəflərimizə nail olmuşuq. Bu gündən sonra isə, Azərbaycanın ən böyük hədəfi regionda öz gücünü və mövqeyini qoruyub saxlaması, Azərbaycanın dayanıqlı inkişaf strategiyasını yerinə yetirmək, dünya dövlətləri ilə Azərbaycanın münasibətlərinin yaxşılaşdırılması, Azərbaycan həqiqətlərinin dünya dövlətləri və xalqları tərəfindən qəbul edilməsidir. Bununla əlaqədar da həm dövlət nümayəndələri, həm də diaspor nümayəndələri və soydaşlarımız səfərbər olaraq birlikdə çalışmalıdırlar. Bu gündən sonra daha çox birlik, vəhdəd nümayiş etdirməli və cənab Prezidentin ətrafında sıx birləşməliyik”.

Paylaş:
487

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər