Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərdədir

Qafar Ağayev12:46 - 19 / 04 / 2022
Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərdədir

Aprelin 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib.

1news.az xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan Parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər