Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub

Qafar Ağayev17:36 - 20 / 04 / 2022
Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin 19-da iki ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin görüşü keçirilib.

1news.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze həmkarlarını ölkəsində salamlayaraq, belə görüşlərin keçirilməsinin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu deyərək, xalqlarımızın tarix boyu mehriban əlaqələrindən bəhs edib.

Dostluq qrupunun rəhbəri parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini, qanunverici orqanlar arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib. Bu sahədə əlaqələrin gücləndirilməsində, habelə informasiya və təcrübə mübadiləsi baxımından parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli olduğunu vurğulayıb.
Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev səmimi görüşə görə təşəkkürünü bildirib. O, Gürcüstanın bizim üçün yaxın dost və müttəfiq olduğunu, ölkələrimiz arasında əlaqələrin tarixi köklərə söykəndiyini deyib, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib.

Milli Məclisin deputatı bildirib ki, qanunverici orqanlarımız dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu qruplar arasında mütəmadi əlaqələrin qurulması qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir. Qeyd edilib ki, postpandemiya dövründə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da güclənməsinə təkan verəcək. Bildirilib ki, hər iki ölkə parlamentinin deputatları, eyni zamanda, mötəbər beynəlxalq parlament qurumları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər, bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Görüşdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı və Naqif Həmzəyev iştirak ediblər.

Paylaş:
374

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər