Ukraynada hərbi vəziyyət rejimi daha 30 gün uzadılıb | 1news.az | Xəbərlər
Dünya

Ukraynada hərbi vəziyyət rejimi daha 30 gün uzadılıb

17:13 - 21 / 04 / 2022
Ukraynada hərbi vəziyyət rejimi daha 30 gün uzadılıb

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib.

1news.az UNN-ə istinadən xəbər verir ki, bunu xalq deputatı Yaroslav Jeleznyak bildirib.

Hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərmişdi.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı.

1news.az

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər