“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüş "İMZA"İB-də keçirib - ФОТО
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşünü "İMZA"İB-də keçirib.
"İMZA" Sosial İnkişafa Dəstək İB-nin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə
İB-in ofisində keçirilən görüşdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
Vüsal Quliyev bildirib ki, "İMZA" İB-nin istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətimizin həyatında fəaliyyəti rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. "İMZA" İB-nin sədri Xəyyam Əsgərov bildirib ki, təşkilat yaranandan bəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər birimiz üçün əsas hədəf kimi müəyyənləşdirdiyi dövlətimizə və millətimizə xidmət məfkurəsinə sadiq qalıb. Əlbəttə ki, İctimai Birliyimiz ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın hamımıza nümunə olan xeyirxahlıq amallarına söykənərək öz işini qurub. İMZA İB-i indiyə qədər müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. Buraya şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı, aztəminatlı ailələrə edilən yardımlar və sairə daxildir. Bununla paralel olaraq İMZA-çılar ötən il beynəlxalq əhəmiyyətli və mahiyyəti I Qarabağ iqtisadi forumunu da keçiriblər. Forum həm daxildə həm də xaricdə böyük maraqla qarşılanıb. Bu il İMZA İB-nin Türkiyə nümayəndəliyi yaradılıb. Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, təcrübəli diplomat və ictimai-siyasi xadim Hulusi Kılıç idarə heyətinin qərarı ilə bu vəzifəyə təyin edilib. Bu il məhz Türkiyədə II Qarabağ beynəlxalq iqtisadi forumunun keçirilməsi nəzərdə tutulub. Sosial şəbəkələrdə də "İMZA"-nın fəaliyyətinə xüsusi maraq və rəğbət var. Sosial şəbəkələrdə statistikamızın milyonlarla ölçülməsi buna əyani sübutdur. İMZA könüllüləri isə cəmiyyətimizin həyatında öz fəallıqları ilə seçilirlər. Qeyd edək ki, görüş zamanı gələcək planlar da ətraflı şəkildə müzakirə olunub.