Ukraynaya gəmi əleyhinə raketlər veriləcək
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Böyük Britaniya Rusiya Hərbi Dəniz Qüvvələrinə qarşı döyüşmək üçün Ukraynanı gəmi əleyhinə raketlərlə təmin etmək niyyətindədir.
1news.az TASS-a istinadən xəbər verir ki, "Biz bəyan etmişik ki, gəmi əleyhinə raketlər axtaracağıq və Ukraynaya təhvil verəcəyik. Hamımız üçün və ərzaq qiymətləri baxımından böyük əhəmiyyət kəsb edən taxılın Ukraynadan ixrac oluna bilməsi inanılmaz dərəcədə vacibdir", - o dedi.
Bu baxımdan, onun sözlərinə görə, Rusiya gəmilərinin Ukraynadakı hədəflərə zərbə vura bilməyəcəyinə "zəmanət vermək vacibdir".
1news.az
289