GUAM PA komitələrində azad olunmuş ərazilərin bərpası müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

GUAM PA komitələrində azad olunmuş ərazilərin bərpası müzakirə olunub

Qafar Ağayev17:49 - 28 / 04 / 2022
GUAM PA komitələrində azad olunmuş ərazilərin bərpası müzakirə olunub

Aprelin 28-də GUAM Parlament Assambleyasının Ticarət-iqtisadi məsələlər üzrə və Hüquqi məsələlər üzrə komitələrinin videokonfrans formatında iclasları keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, iclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev və Fatma Yıldırım iştirak ediblər.

Əvvəlcə GUAM PA-nın Ticarət-iqtisadi məsələlər üzrə komitəsinin 4-cü iclası keçirilib. İclasda “Hərbi/fövqəladə vəziyyət şəraitində iqtisadiyyatın qanunverici səviyyədə dəstəklənməsi” (Ukrayna və Moldovanın təcrübəsi), “Sanksiya rejimi ilə bağlı beynəlxalq öhdəliklərin implementasiyasının qanunvericilik baxımından təminatı” (GUAM ölkələrinin təcrübəsi) və “İşğaldan azad olunmuş ərazilərin iqtisadi bərpası məqsədilə qəbul edilmiş qanunvericilik aktları”(Azərbaycan və Ukrayna təcrübəsi) haqqında məsələlər nəzərdən keçirilib.

GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “İşğaldan azad olunmuş ərazilərin iqtisadi bərpası məqsədilə qəbul edilmiş qanunvericilik aktları” (Azərbaycan və Ukrayna təcrübəsi) mövzusu ilə bağlı çıxış edərək fikirlərini bildirib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsinə toxunub, işğalın acı nəticələrindən bəhs edib, onların aradan qaldırılması və məcburi köçkünlərin doğma yurdlarına geri qaytarılması üçün aparılan genişmiqyaslı bərpa işlərindən danışıb. Qeyd edib ki, bərpa işlərində yeni texnologiyalardan geniş istifadə olunur, regionda “Yaşıl enerji” konsepsiyası tətbiq edilir. Elnur Allahverdiyev bu işlərin həyata keçirilməsində parlamentin fəal iştirakından söz açıb, yaradılan qanunvericilik bazası haqqında ətraflı məlumat verib, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi rayonlarının yaradılmasının həmin ərazilərin bərpası və gələcək inkişafının təmin olunmasındakı əhəmiyyətinə toxunub.

GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin 4-cü iclasında “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunvericilik baxımından həlli”, “Zərərçəkənlərə humanitar yardımların çatdırılmasını və paylanmasını dəstəkləyən hüquqi mexanizmlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpasında humanitar məsələlərinin həlli işində parlamentlərin rolu” başlıqlı məsələlər müzakirə edilib.

İclasda GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunverici həlli” məsələsi ilə bağlı qeydlərini səsləndirib. O, erməni millətçilərinin apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində azərbaycanlıların qaçqın və məcburi köçkün olmasından danışıb, onların hüquqi statusunu, məşğulluğunu, sosial problemlərini tənzimləyən qanun, fərman, sərəncam və qərarlar barədə məlumat verib, məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı istiqamətində görülən işlərə toxunub.

Onlayn iclaslarda parlamentarilər müzakirə olunan məsələlərlə bağlı çıxışlar ediblər, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.

Paylaş:
284

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər