Şuşada daha bir beynəlxalq konfrans keçiriləcək - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Şuşada daha bir beynəlxalq konfrans keçiriləcək - FOTO

Qafar Ağayev09:07 - 28 / 04 / 2022
Şuşada daha bir beynəlxalq konfrans keçiriləcək - FOTO

Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

1news.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

"Ağdamın adını daşıyan təyyarə ilə "Shusha Majlis Discussion" formatında beynəlxalq beyin mərkəzləri ilə "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa regionun həm də diplomatik paytaxtı olur", - deyə Hikmət Hacıyev bildirib.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər