Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub - FOTO

Qafar Ağayev12:41 - 28 / 04 / 2022
Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub - FOTO

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun inkişafında müstəsna rol oynayacağına inandığını bildirib.

O mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün qeyd edək ki, İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.

İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb.

Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.

Dəfələrlə xarici ölkələrdə ağciyər xəstəlikləri ilə bağlı keçirilən seminar və konfranslarda ölkəmizi təmsil edib.

İ.Axundova 200-dən çox elmi məqalənin müəllifidir. Tibb elmləri namizədidir

Paylaş:
269

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər