İlham Əliyev rus sülhməramlılarının Qarabağdan nə zaman gedəcəyi ilə bağlı danışdı
“Üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib”.
1news.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
“Tərəflərdən biri beşillik müddətin kifayət etdiyinə qərar versə, bu barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət amildir”.
Dövlətimizin başçısı bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən ilyarım ərzində ümumiyyətlə sabit olub.
“Düzdür, müəyyən gərginliklər baş verib. Ancaq indi vəziyyət sabitdir. Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münasibətlər yaxşı səviyyədədir”.