“Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları “Cronimet” şirkətinin əməllərini araşdırmır?” | 1news.az | Xəbərlər
Siyasət

“Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları “Cronimet” şirkətinin əməllərini araşdırmır?”

Qafar Ağayev16:42 - 04 / 05 / 2022
“Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları “Cronimet” şirkətinin əməllərini araşdırmır?”

"Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub".

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

"Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur".

Dövlət başçısı bildirib:

"Eyni zamanda, təbii fəlakət zonaları arasında yenə də Zəngilanın ərazisindən keçən Oxçuçay çayının taleyini biz əfsuslar olsun ki, ürək ağrısı ilə dilə gətiririk. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur. Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə dərc edilib, həm foto, həm videogörüntülər var. Yəni, Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib.

Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər, xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini - Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların da əlində sübutlar var. Amma bir addım atıldı? Yox.

Ona görə bu məsələni də indi bizim mərkəzi icra orqanları qaldırıblar və məşğul olurlar. Əlbəttə ki, siz mənim nümayəndəm kimi bütün bu məsələləri daha dərindən təhlil etməlisiniz və vurulmuş ziyanın ödənilməsi, məhkəmə və hüquq iddialarının qaldırılması ilə bağlı öz töhfənizi verməlisiniz. Əlbəttə, bu, əsas məsələlərdir, bu, ilkin mərhələdə görüləcək işlərdir, o cümlədən minatəmizləmə işləri. İndi bizim müvafiq qurumlarımız bu işlə məşğul olurlar. Əlbəttə ki, mənim yerlərdəki nümayəndələrim də burada fəal iştirak etməlidirlər, öz köməklərini göstərməlidirlər".

Paylaş:
337

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər