Tehranda su çatışmazlığı yaranıb | 1news.az | Xəbərlər
Dünya

Tehranda su çatışmazlığı yaranıb

16:41 - 06 / 05 / 2022
Tehranda su çatışmazlığı yaranıb

İranın Tehran əyalətində su çatışmazlığı yaranıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Tehran əyaləti üzrə regional su şirkətinin idarə rəisi Məhəmməd Şəhriyari deyib.

Onun sözlərinə görə, Tehran əyalətində yerləşən su bəndlərində suyun həcmi 269 milyon kubmetr azalıb: "Əyalətdə suyun həcminin azalması kənd təsərrüfatına suvarma üçün su təminatında problemlər yaradıb. Hazırda Tehran əyalətində yerləşən 5 su bəndində cəmi 505 milyon kubmetr su mövcuddur. Yağıntıların azalması su qıtlığına səbəb olub".

O qeyd edib ki, hazırda yalnız əhali içməli suyla təmin olunur və kənd təsərrüfatına su ayrılmır.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər