Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işləri üçün 25 milyon manat ayrılıb - Sərəncam | 1news.az | Xəbərlər
Rəsmi

Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işləri üçün 25 milyon manat ayrılıb - Sərəncam

Qafar Ağayev14:36 - 05 / 05 / 2022
Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işləri üçün 25 milyon manat ayrılıb - Sərəncam

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda qeyd edilir ki, Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Paylaş:
327

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər