Türkiyədə gəmidə partlayış olub, yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə gəmidə partlayış olub, yaralılar var

12:45 - 06 / 05 / 2022
Türkiyədə gəmidə partlayış olub, yaralılar var

Türkiyədə gəmidə partlayış olub, 5 nəfər yaralanıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Tuzlada gəmilərin təmir edildiyi müəssisədə baş verib.

Hadisə nəticəsində 5 nəfər işçi xəsarət alıb. Onları təcili xəstəxanaya yerləşdiriliblər.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

1news.az

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər