Mayın 14-nə olan vaksinasiya statistikası açıqlandı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mayın 14-nə olan vaksinasiya statistikası açıqlandı - FOTO

Qafar Ağayev16:53 - 14 / 05 / 2022
Mayın 14-nə olan vaksinasiya statistikası açıqlandı - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 324 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 372, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 684 752, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 793, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 254 508, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 884 nəfər təşkil edir.

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər