ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

10:25 - 14 / 05 / 2022
ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ müdafiə naziri Llloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

"Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır. Müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb", Pentaqon sözçüsü bildirib.

1news.az

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər