Sahibə Qafarova Qazaxıstan Parlamenti Məclisinin sədr müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Qazaxıstan Parlamenti Məclisinin sədr müavini ilə görüşüb

Qafar Ağayev17:02 - 16 / 05 / 2022
Sahibə Qafarova Qazaxıstan Parlamenti Məclisinin sədr müavini ilə görüşüb

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, ortaq mədəni və mənəvi dəyərlərimizdən danışıb. Bildirib ki, tarixən mövcud olan qardaşlıq əlaqələrimiz ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd edəcəyik.
Qazaxıstan Respublikasına rəsmi səfərini və keçirdiyi görüşləri xatırlayan spiker aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Spiker parlamentlərimizin TürkPA və digər beynəlxalq təşkilatlarla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edib. Sahibə Qafarova İƏT PA-nın Pakistanda keçirilmiş İkinci Ümumi Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyətindən və həmin tədbirdə iştirakından danışıb. Bildirib ki, sabah təşkilatın Bakıda keçiriləcək Üçüncü Konfransında da mühüm məsələlər müzakirə ediləcək.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə barədə də danışaraq bildirib ki, Azərbaycan bu qələbə sayəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərini, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini işğaldan azad edib. İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən məmnunluq duyduğunu qeyd edib.
Qazaxıstan Parlamenti Məclisinin vitse-spikeri Azərbaycana dəvətə görə təşəkkür edib. O, xalqlarımızın ortaq dəyərlərə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini deyib. Qonaq qeyd edib ki, parlamentlər arasında əlaqələrin inkişafı münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
280

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər