Mustafa Şentop: “Rusiya-Ukrayna müharibəsi ərzaq qiymətlərinin bahalaşmasına səbəb olur”
“Türkiyə hər zaman parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə, parlament diplomatiyasına çox böyük önəm verir”
1news.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İƏT PA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.
Türkiyə parlamentinin sədri bildirib ki, dünyadakı problemlərin həlli üçün birgə işlər görülməlidir.
“Buna görə də regional və beynəlxalq əməkdaşlıq vacibdir. Biz Türkiyə olaraq pandemiya əleyhinə mübarizədə çoxtərəflilik prinsipini dəstəkləyirik”,-deyə o əlavə edib.
Onun sözlərinə görə, koronavirus pandemiyasının mənfi təsirləri hələ də davam edir.
“Miqrasiya, həddən artıq yoxsulluq artan təhdidə çevrilir”,-deyə Mustafa Şentop bildirib.
TBMM sədri qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bir çox məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olur”.