TBMM sədri: “Azərbaycanın mövqeyi haqlıdır” | 1news.az | Xəbərlər
Siyasət

TBMM sədri: “Azərbaycanın mövqeyi haqlıdır”

16:34 - 17 / 05 / 2022
TBMM sədri: “Azərbaycanın mövqeyi haqlıdır”

“Türkiyə hər zaman Azərbaycana dəstək verib, bundan sonra da dəstək verməyə davam edəcək”.

1news.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İƏT PA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.

“Türkiyə ona görə Azərbaycana dəstək verir ki, Azərbaycanın mövqeyi haqlıdır. Azərbaycan illərlə işğal altında qalan torpaqlarını işğaldan azad etdi.Bəzi təşkilatlar, o cümlədən ATƏT Azərbaycan torpaqlarının işğalını tanıyıb".

TBMM sədri qeyd edib ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupu həmsədrlik missiyasını üzərinə götürsə də, münaqişəni həll edə bilməyib:

"Prezident İlham Əliyevi 44 günlük müharibədə qazanılan Zəfərə görə bir daha təbrik edirəm” - deyə. M. Şentop əlavə edib.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər