Kəlbəcərdə mövqelərimiz ermənilər tərəfindən intensiv atəşə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Kəlbəcərdə mövqelərimiz ermənilər tərəfindən intensiv atəşə tutulub

Qafar Ağayev09:11 - 18 / 05 / 2022
Kəlbəcərdə mövqelərimiz ermənilər tərəfindən intensiv atəşə tutulub

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər