Komitə sədri Sürix və Bazeldən olan fəal icma üzvləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Komitə sədri Sürix və Bazeldən olan fəal icma üzvləri ilə görüşüb

Qafar Ağayev10:04 - 18 / 05 / 2022
Komitə sədri Sürix və Bazeldən olan fəal icma üzvləri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov İsveçrənin Sürix və Bazel şəhərlərindəki Azərbaycan icmasının fəal üzvləri ilə görüşüb.

1news.az xəbər verir ki, görüş zamanı xarici ölkələrdə Azərbaycanın tarixi və mədəni irsinin təbliği, Azərbaycan dilinin inkişaf etdirilməsi və bu istiqamətdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında vurğuladığı kimi, xaricdə fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin inkişaf etdirilməsi diaspor təşkilatlarımız üçün prioritet məsələ olmalıdır.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həmvətənlərimizin kompakt yaşadığı dünyanın 16 şəhərində Azərbaycan Evi açılıb, vətəndən uzaqda böyüməkdə olan gənc nəslə Azərbaycan dilinin tədris edilməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün həftəsonu məktəblərinin təşkilinə dəstək verilib.

Görüş zamanı İsveçrədəki Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətləri və planları müzakirə olunub, həftəsonu məktəblərində dərnəklərin sayının artırılması məsələsinə toxunulub. “Azərbaycanın Dostları” Birliyinin rəhbəri Arzu Əliyeva Bodmer və valideynlər “Buta” rəqs dərnəyinin fəaliyyətini dəstəklədiyi üçün DİDK-ya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
294

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər