Azərbaycan və Türkiyə erməni lobbisinə qarşı mübarizəni gücləndirir - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə erməni lobbisinə qarşı mübarizəni gücləndirir - TƏHLİL

17:59 - 20 / 05 / 2022
Azərbaycan və Türkiyə erməni lobbisinə qarşı mübarizəni gücləndirir - TƏHLİL

44 günlük Vətən müharibəsindən sonra eməni lobbisi Azərbaycana və Türkiyəyə, ümumiyyətlə, türk dünyasına qarşı kəskin prioritetlərlə çıxış edərək beynəlxalq mediada dezinformasiya yayır və çirkin qarayaxma kamaniyası aparır.

Artıq erməni lobbisi bir növ terror təşkilatı imici yaradır. Bu baxımdan erməni lobbisinin Amerika Erməniləri Milli Komitəsi (ANCA) üzərindən anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini maksimum güclə həyata keçirməyə çalışır. Xüsusən erməni lobbisinin Türkiyənin mübarizə apardığı terror təşkilatları ilə əlbir olması ciddi narahatlıq yaradır. Buna görə də dünyadakı erməni separatçı qurumların fəaliyyəti daimi nəzarətdə olmalı və onların planlarına qarşı bütün türk dünyasının cavab tədbirləri görülməlidir. Buna qarşı önləyici tədbirlərin görülməsi bir millət iki dövlət naminə artıq tarixi zərurətə çevirilib. Məhz bunlara cavab olaraq xüsusən informasiya cəbhəsində erməni lobbisinə qarşı türk birliyi ortaya qoyulmalıdır. Bu baxımdan mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısında Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin türk dövlətlərinə çağırış etmələri problemin nə dərəcədə ciddi və aktual olmasından xəbər verir.

Ötən gün Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsinin birgə təşkilatçlığı ilə ilk dəfə keçirilən Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda da erməni lobbisinə qarşı iki qardaş ölkənin, ümumiyyətlə türk dövlətlərinin QHT-lərinin birgə fəaliyyəti, layihələrin icrası üçün ciddi təklif və təşəbbüslər irəli sürüldü. Xüsusən Forumun yekununda “Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platforması”nın təsis olunmasının qərara alınması strateji olaraq erməni lobbisinə qarşı da davamlı şəkildə cavab tədbirlərinin görülməsinə geniş imkanalar yaradacaq. İnanırıq ki, türk xalqlarının haqlarının müdafiəsi və bu istiqamətdə önləyici fəaliyyət aparmaq üçün “Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platforması” birgə səylərin artırılmasını daha da gücləndirəcək. Bu baxımdan Şuşa Bəyannaməsinə dayanaraq Platforma üzərindən türk xalqlarının, həmçinin diasporlarının həmrəyliyi, erməni lobbisinin ifşa edilməsi, türk xalqarının beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə KİV vasitəsilə səsinin çatdırılması işinin həyata keçirilməsi effektiv nəticə verə bilər.

Fuad Hüseynzadə,

Diaspor Fəaliyyətinə Dəstək İctimai Birliyinin sədri

Paylaş:
392

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər