Küləyə qalib gələnlər: Herbalife Nutrition-un yüzdən çox Müstəqil Tərəfdaşı Bakı marafonunda iştirak edib - FOTO

Mayın 15-də Bakıda hər il keçirilən ən kütləvi idman tədbirinin növbəti yarışı – “Bakı Marafonu – 2022” baş tutub. İlk dəfə 2016-cı ildə keçirilən tədbirin bu ilki yarışında “Küləyə qalib gəl!” şüarı altında 15 mindən çox idmançı iştirak edib.
Yarışa qatılan ən böyük korporativ komandalardan biri də balanslaşdırılmış qidalanma üzrə dünya eksperti olan Herbalife Nutrition şirkətinin Müstəqil Tərəfdaşlar komandası olub. Komandanın üzvlərindən bir çoxu sıralamada ilk yüz nəfərin arasında yer alıb və marafon təşkilatçıları tərəfindən xatirə mükafatları ilə təltif edilib.
Herbalife Nutrition-un Qafqaz ölkələri üzrə Biznesə Dəstək üzrə Baş Meneceri İrakli Çaçanidze marafonda iştirakın xüsusi önəmindən danışaraq onu əlamətdar hadisə adlandırıb.
“Bizim üçün Bakı Marafonunda iştirak təkcə ən unudulmaz deyil, həm də əlamətdar hadisədir. Bu, Herbalife Nutrition-un böyük Müstəqil Tərəfdaşlar komandasının brendin əsas dəyərlərindən biri, həm də məhsullarının ayrılmaz hissəsini təşkil etdiyi sağlam və aktiv həyat tərzi ətrafında həmrəyliyini ifadə edir,” deyə Çaçanidze qeyd edib.
“Bakı Marafonu – 2022” idman tədbiri Dövlət Bayrağı Meydanında başlayıb və elə orada da başa çatıb. Yarış iştirakçıları öz nümunələri ilə nümayiş etdiriblər ki, hər kəs formada, aktiv və şən ola bilər – lazım olan tək şey həmfikir insanları tapıb ilk addımı atmaqdır.
“Mənim üçün Bakı Marafonunda iştirak yeni və çox maraqlı təcrübədir. Mən sağlam həyat tərzinə riayət edirəm və hər gün idmanla məşğul oluram, lakin ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirəm. Uzaqdan ən gəncindən tutmuş yaşlı nəslə qədər müxtəlif yaşda olan insanları gördüm və bu, daha da irəli getmək və daha böyük idman uğurları əldə etmək üçün inanılmaz stimul verir," deyə bloqqer Nərgiz Əliyeva (@n_argis) öz təəssüratları ilə bölüşüb.
Herbalife Nutrition Cristiano Ronaldo, LA Galaxy və İspaniya La Liqası da daxil olmaqla, dünya üzrə 170-dən çox idmançının, komandanın və idman tədbirinin rəsmi sponsorudur. Şirkət həmçinin 5 ölkənin Milli Olimpiya Komitəsinin tərəfdaşıdır. Herbalife Nutrition öz qidalanma təcrübəsini və ən son elmi nailiyyətlərə əsaslanan yüksək keyfiyyətli məhsullarını paylaşmaqla idmançılara yüksək idman nailiyyətləri əldə etməyə olmağa kömək edir.
Məlumat:
Herbalife Nutrition (NYSE: HLF) 1980-ci ildən etibarən sağlam və aktiv həyat tərzi üçün hazırlanmış qida məhsullarının köməyi ilə insanların həyatını dəyişən və öz Müstəqil Tərəfdaşları üçün yeni iş imkanları açan qlobal şirkətdir. Hazırda Herbalife Nutrition məhsulları 90-dan çox ölkədə satılır. Şirkət elmi nailiyyətlərə əsaslanan yüksək keyfiyyətli qida məhsulları təklif edir və Müstəqil Tərəfdaşlarının köməyi ilə müştərilərə fərdi dəstək göstərərək onları sağlam və aktiv həyat tərzinə ruhlandırır. Aclığın aradan qaldırılması üçün başlatdığı qlobal kampaniyanın tərkib hissəsi olaraq, Herbalife Nutrition şirkəti insanların ərzaq məhsulları ilə təmin olunmasına öz töhfələrini verir və sağlam həyat tərzini təşviq edir.
Reklam hüququnda