Bu gün 1 nəfər COVID-19-a yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 1 nəfər COVID-19-a yoluxub – STATİSTİKA

S.Xankişiyeva17:26 - 21 / 05 / 2022
Bu gün 1 nəfər COVID-19-a yoluxub – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 708 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 950 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 2 587, hazırkı dövrədək isə 6 869 996 test aparılıb.

Paylaş:
462

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər