Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Qafar Ağayev15:11 - 23 / 05 / 2022
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər