Vüqar Rəhimzadə: Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir

17:14 - 23 / 05 / 2022
Vüqar Rəhimzadə: Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir

“Tarixi Zəfərimizin reallıqları fonunda son bir ildən artıq dövrün əsas tələbi bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat özündə bütün bu məsələləri ehtiva edir. Bu baxımdan keçirilən bütün görüşlərdə dövlət başçısı İlham Əliyev 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bugünədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsinin imzalanmasında vasitəçiliyin yerinə yetirilməsi məqsədilə 5 görüş keçirilib. Bu görüşlərin ikisi Rusiyada, üçü isə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Azərbaycan 44 günlük Vətən müharibəsinin davam etdiyi dövrdə də Ermənistana sülh təklifini edərək hansı şərtlər daxilində müharibənin dayandırılmasının mümkünlüyünü bildirmişdi. Amma işğalçı dövlət havadarlarının dəstəyinə arxalanaraq bu təklifi arxa plana keçirdi. Nəticədə bir addım da belə mövqeyindən geri çəkilməyən Azərbaycan dövləti döyüş meydanında mənfur düşmənə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Düşünmək olardı ki, Ermənistan bu dərsdən nəticə çıxarıb kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının icrasında fəallıq nümayiş etdirər, sülh müqaviləsini qısa zamanda imzalayaraq, bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması fonunda yeni əməkdaşlıq formatlarının iştirakçısı olar və bununla da iqtisadi böhrandan qurtulmaq imkanı qazanar. Amma gözlənilənlərin əksinə olaraq Ermənistanın hələ də tərəddüd etməsi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, 10 noyabr Bəyanatının, eyni zamanda, Brüssel görüşlərində əldə olunan razılaşmaların Ermənistanın qarşısında qoyduğu tələblər postmünaqişə dövrünün reallıqlarının qəbuluna və işğalçı dövlətin də bununla razılaşmasına çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirilən üçtərəfli görüşündən öncə ölkəmizin başçısının və Aİ Şurası Prezidentinin ikitərəfli görüşündə müzakirə olunan məsələlər də bu kimi məqamlara işıq salır.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ötən ayın 6-da keçirilən Brüssel görüşündə Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi dəstəklədi: “Həmin görüşdə əldə olunan razılaşmalar mayın 22-də də müzakirə mövzusu oldu. Üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası yaxın günlərdə dövlətlərarası sərhəddə baş tutacaq. Bu iclasda sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Nəzərə alaq ki, Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistan öhdəlikləri pozmaqla məqsədinin nədən ibarət olduğunu açıqlasa da, artıq dalana dirəndiyinin fərqindədir. Artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsinin həllində 28 il vasitəçilik missiyasının öhdəsindən gələ bilməyən ATƏT-in Minsk qrupunun bu missiyasının yenidən bərpa olunacağına edilən ümidlər sadəcə boş xəyaldan başqa bir şey deyil. Ermənistan nəhayət, mövcud reallıqlarla barışmalı, Avropa İttifaqının vasitəçilik səylərini yüksək dəyərləndirməlidir. Azərbaycan daim bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini hələ işğal dövründə bəyan etmişdir.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında yer alan bu məqama yönəldib: “Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Şarl Mişel, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğulayaraq Avropa İttifaqının öz dəstəyini gücləndirməyə hazır olduğunu da bildirdi.”

“Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasından bəhs edərkən gələcəyə baxmağa çağırışlar etməklə yanaşı, bu məqamı da diqqətə çatdırır ki, biz faciələrimizi, şəhidlərimizi unutmamalıyıq. Ölkə Prezidentinin bu çağırışı Ermənistana ünvanlanan mesajdır. Bu baxımdan ki, 30 ilə yaxın işğal dövründə, ümumiyyətlə, tarixin ayrı-ayrı zamanlarında azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistandır. Əsassız torpaq iddiaları nəticəsində 28 ilə yaxın dövrdə 20 faiz torpaqlarımızı işğal altında, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan Ermənistandır. 44 günlük Vətən müharibəsində döyüş meydanındakı uğursuzluqları ilə barışmayaraq mülki əhalini raket atəşinə tutan, bununla da qatı müharibə cinayətləri törədən də Ermənistandır. Bu sıralamanı xeyli davam etdirə bilərik. Azərbaycanın bu gün işğalçı dövlətə sülh təklifi bu yaşananları unutmasından irəli gəlmir. Sadəcə, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərir. Azərbaycan Ermənistandan fərqli olaraq tolerant və multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə müxtəlif millətlərin, etnik azlıqların, dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan dövlətinin Ermənistana sülh təklifi, insanlar arasında əlaqələrin yaradılmasına xidmət edən birgəyaşayışın təmin olunması istiqamətində göstərdiyi səylər də onun tolerantlığının göstəricisidir”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bütün hallarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn hər bir görüş qalib Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatıdır: “Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, ötən ilin iyul ayında Şarl Mişel ölkəmizə səfəri zamanı qurumun sülh müqaviləsinə dəstəyi ilə bağlı fikirlərini səsləndirərək bunu dekabr ayında Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində reallaşdırdı. Bugünədək Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən 3 görüş bu istəyin reallığa çevrilməsi istiqamətində göstərilən səylərin aydın mənzərəsini yaradır. Brüssel görüşlərinin hər biri Azərbaycanın Brüssel Zəfəri kimi dəyərləndirilir. Görüşlərdə səsləndirilən bəyanatlarda da Avropa İttifaqının ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin bəyanatında 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, 11 yanvar 2021-ci il tarixli Moskva və 26 noyabr Soçi görüşlərində imzalanan sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edir ki, bu da Azərbaycanın mövqeyinə böyük dəstəyin ifadəsidir.”

“Bugünədək keçirilən görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib” söyləyən Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, hər bir görüş Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların həm regionda, həm də dünyada formalaşdırdığı yeni siyasətin prespektivlərinə işıq salır.

1news.az

Paylaş:
325

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər