Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilib
Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, bu il Azərbaycana 680 nəfərlik kvota verilib.
Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir.
Ziyarətin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Eyni zamanda, ziyarət üçün iki doza vaksin tələb olunur.
466