Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb” | 1news.az | Xəbərlər
Siyasət

Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

17:28 - 24 / 05 / 2022
Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davos İqtisadi Forumunda deyib. O bildirib ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb.

Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir.

Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının həll edilməsinin vacibliyini qəbul etdiyini deyib.

“Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”, - Stoltenberq vurğulayıb.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər