“Yunanıstanın baş naziri mənim üçün artıq yoxdur” - Ərdoğan
Ankara F-16 qırıcılarının Türkiyəyə satışı prosesində ABŞ-ın Afinanın qeyri-konstruktiv mövqeyini nəzərə almadan hərəkət edəcəyinə ümid edir.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.
R.T.Ərdoğan əlavə edib ki, Ankara Türkiyə-Yunanıstan Strateji Şurasının iclasını Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ABŞ rəhbərliyi ilə danışıqlar zamanı Türkiyə əleyhinə bəyanatlarına görə keçirməyəcək.
“Biz bu il strateji şuranın iclasını həyata keçirməliydik. Amma mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq”,- deyə Ərdoğan bildirib.
1news.az