İlham Əliyev Gürcüstan dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gürcüstan dövlət başçısını təbrik edib

15:50 - 25 / 05 / 2022
İlham Əliyev Gürcüstan dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu göndərib.

1news.az bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Dost Gürcüstanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub. Bu il isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə əlamətdardır - biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın genişlənməsi və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi sevindirir.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə töhfə verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm".

1news.az

Paylaş:
96

Son xəbərlər

“Tarqovı”da ilan peyda olub - VİDEOBu gün, 10:52Bakıda Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı beynəlxalq konfrans keçirilirBu gün, 10:37Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTOBu gün, 10:34“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldıBu gün, 10:09Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 09:53Pensiyaların yardımla birlikdə ödəniləcəyi tarix açıqlandıBu gün, 09:46“Location” gecə klubundakı partlayışla bağlı istintaq başa çatıbBu gün, 09:35Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı - VİDEOBu gün, 09:28Ağsuda sərxoş şəxs yanğın törədib - FOTOBu gün, 09:25Bakıda bu yollarda sıxlıq var - SİYAHIBu gün, 09:20İran Prezidenti Ceyhun Bayramovu qəbul edibBu gün, 09:17Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıbBu gün, 09:12Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb04 / 07 / 2022, 17:56İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq?04 / 07 / 2022, 17:49Prezident: “Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik”04 / 07 / 2022, 17:43AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır04 / 07 / 2022, 17:42Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə 19 il cəza istədi04 / 07 / 2022, 17:40“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu04 / 07 / 2022, 17:35Azərbaycanda turizmin VƏZİYYƏTİ - Daha çox hansı ölkələrdən turist gəlir?04 / 07 / 2022, 17:16Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün nəşi Vətənə yola salınıb04 / 07 / 2022, 16:59
Bütün xəbərlər

Next TV