Hərbi pilotlarımız “Anatolian Phoenix-2022”də tapşırıqları uğurla icra ediblər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi pilotlarımız “Anatolian Phoenix-2022”də tapşırıqları uğurla icra ediblər – FOTO – VİDEO

S.Xankişiyeva09:52 - 26 / 05 / 2022
Hərbi pilotlarımız “Anatolian Phoenix-2022”də tapşırıqları uğurla icra ediblər – FOTO – VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.

Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

Paylaş:
506

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər