Rusiya və Çin BMT TŞ-də bu qətnaməyə veto qoyub | 1news.az | Xəbərlər
Dünya

Rusiya və Çin BMT TŞ-də bu qətnaməyə veto qoyub

10:36 - 27 / 05 / 2022
Rusiya və Çin BMT TŞ-də bu qətnaməyə veto qoyub

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə ediblər.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bununla əlaqədar sənəd qəbul edilməyib.

Təhlükəsizlik Şurasının digər üzvləri - Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç və BƏƏ - qətnamənin lehinə səs veriblər.

1news.az

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər