Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artıb

12:38 - 27 / 05 / 2022
Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artıb

Rumıniyada yanacaqdoldurma məntəqələrinə sahib olan və enerji bazarında xüsusi nüfuzu ilə seçilən SOCAR-ın bu ölkədə törəmə “SOCAR Petroleum SA” şirkəti ötən il gəlirlərinin və satışlarının artdığını bildirib.

1news.az ölkədə biznes və iqtisadiyyat sahəsində qabaqcıl nəşr və internet portal “Economica.net”ə istinadla xəbər verir ki, şirkətin ötən il üçün dövriyyəsi 1,42 milyard ley, xalis mənfəəti isə 16,45 milyon ley olduğu bildirib (1 manat-2,73 ley). Rəqəmlər 2020-ci illə müqayisədə çox müsbət dinamikanı göstərir. Belə ki, 2020-ci ildə SOCAR-ın Rumıniyada 827 milyon ley dövriyyəsi və cəmi 6,8 milyon ley xalis mənfəəti olub. Həmçinin Rumıniya Maliyyə Nazirliyinə təqdim edilən balans məlumatlarına əsasən, şirkətin işçilərinin sayı bir qədər artaraq 669-dan 682-yə çatıb. Geniş yanacaqdoldurma şəbəkəsini əhatə edən “SOCAR Petroleum SA” hazırda bir neçə illik inkişafdan sonra 67 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.

Eyni zamanda məqalənin müəllifi iqtisadi ekspert Mihai Nikuts bildirir ki, Azərbaycan TANAP və TAP boru kəməri sistemi vasitəsilə Avropanın qaz tədarükçüsünə çevrilib. Rumıniya rəsmilərinin sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasında interkonnektor qurulduqdan sonra Rumıniya Azərbaycan qazını idxal edəcək. Bu isə ölkəmizin Rumıniyada qaz sektoru biznesində iştirakı ilə nəticələnə bilər. Qeyd olunub ki, bununla bağlı iki ölkə arasında rəsmi görüşlər keçirilib.

Paylaş:
304

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər