Braziliyada güclü yağışlar onlarla insanın həyatına son qoyub | 1news.az | Xəbərlər
Dünya

Braziliyada güclü yağışlar onlarla insanın həyatına son qoyub

17:56 - 30 / 05 / 2022
Braziliyada güclü yağışlar onlarla insanın həyatına son qoyub

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 56-ya çatıb.

1news.az "TASS"a istinadla xəbər verir ki, bu barədə yerli "Globo" telekanalı xəbər verir.

Məlumata görə, daha 56 nəfər itkin düşüb

Qeyd edək ki, daha əvvəl 44 nəfərin öldüyü, 25 sakinin yaralandığı, 4 mindən çox insanın evsiz qaldığı bildirilirdi.

Federal hökumətin səylərini əlaqələndirmək üçün bir sıra nazirliklərin rəhbərləri bölgəyə gəliblər. Prezident Jair Bolsonaronun bazar ertəsi bölgəyə səfəri gözlənilir.

1news.az

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər