Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

S.Xankişiyeva14:58 - 31 / 05 / 2022
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.

Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.

Paylaş:
474

Son xəbərlər

TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib - FOTOBu gün, 15:03Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb - FOTOBu gün, 14:50Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcəkBu gün, 14:41MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 13:08Harvard Universitetinin “Growth Lab” Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndiribBu gün, 12:49Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33“PAŞA Holding”in dəstək göstərdiyi “Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub - FOTOBu gün, 12:14“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıbBu gün, 12:12CodeForFuture — İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yoluBu gün, 12:09Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün, 11:58İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndəribBu gün, 11:39Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.Bu gün, 11:32Suriyada son vəziyyət: Hama vilayətinə nəzarət edən rejimə qarşı qruplar Homs istiqamətində irəliləyirBu gün, 11:24Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdıBu gün, 11:14Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilibBu gün, 11:08Sumqayıt və Lənkəranda növbəti güzəştli mənzillərin satışına start verilibBu gün, 11:02Koroğlu Rəhimov küçəsində obyektin parkinqinə çevrilən piyada səkisi - Hansı tədbirlər görüləcək? - FOTOBu gün, 10:58
Bütün xəbərlər