AZAL-dan aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL-dan aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı açıqlama

Qafar Ağayev12:50 - 31 / 05 / 2022
AZAL-dan aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı açıqlama

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan 1news.az-a verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər