Malta Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Malta Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

17:30 - 01 / 06 / 2022
Malta Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Malta Prezidenti Corc Vella Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim münasibətlərimiz ikitərəfli səviyyədə, həmçinin Avropa İttifaqı və Şərq Tərəfdaşlığı dialoqu çərçivəsində regional və çoxtərəfli müstəvidə strateji yaxınlaşma üçün imkanlar yaradır. Əminəm ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqı ilə onun Şərqdən olan tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha yaxın əməkdaşlıq üçün nadir platforma olaraq qalacaqdır.

Beynəlxalq aləmin dünya nizamının təməl prinsiplərinə təsir göstərən problemlərlə üz-üzə qaldığı bir vaxtda qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli üçün birgə fəaliyyət göstərmək indi həmişəkindən daha vacibdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1news.az

Paylaş:
280

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər