Polad Bülbüloğlu Portuqaliya Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri qəbul etmişdir - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Polad Bülbüloğlu Portuqaliya Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri qəbul etmişdir - FOTO

20:10 - 06 / 06 / 2022
Polad Bülbüloğlu Portuqaliya Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri qəbul etmişdir - FOTO

Cari ilin 6 iyun tarixində Səfir Polad Bülbüloğlu Portuqaliya Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri xanım Madalena Fişeri onun xahişi ilə qəbul etmişdir.

Görüşdə ölkəmizin Səfiri həmkarını təyinatı münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır. Bundan əlavə, Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırmışdır.

Ölkəmizin Portuqaliya ilə münasibətləri haqqında söhbət açan Polad Bülbüloğlu ikitərəfli əlaqələrin, xüsusilə turizm, mədəniyyət və təhsil sahələrində inkişafı üçün geniş imkanların olduğunu qeyd etmiş, bunun üçün əməli addımların atılmasının, o cümlədən qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, Azərbaycan Milli Məclisində olduğu kimi Portuqaliya parlamentində də ölkəmizlə dostluq qrupunun təsis edilməsinin zəruriliyini önə çəkmişdir. Eyni zamanda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinin də vacibliyini bildirmişdir.

Xanım Madalena Fişer Polad Bülbüloğlu tərəfindən səsləndirilən təklifləri qəbul edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu söyləmişdir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini vurğulayan xanım Səfir, ölkələrimizin BMT çərçivəsində irəli sürdükləri namizədliklərə qarşılıqlı əsasda dəstəyin verilməsinin əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Azərbaycanlı diplomat həmkarını Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında məlumatlandıraraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqda danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu Madalena Fişerin diqqətinə çatdırmışdır. Bundan əlavə, münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, eyni zamanda azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də məlumat vermişdir.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bu kontekstdə Polad Bülbüloğlu Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycanın rəsmi mövqeyini həmsöhbətinin diqqətinə çatdırmışdır.

Sonda portuqaliyalı qonağa Azərbaycanın milli baş örtüyü olan kəlağayı, Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilmişdir.

Xanım Fişer maraqlı və məhsuldar görüşə görə Səfir Polad Bülbüloğluna təşəkkürünü bildirmişdir.

Paylaş:
314

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər