Fəhlələr qazana bomba qoyub ayını partlatdılar - VİDEO
Yakutiyada fəhlələr yemək axtarmaq üçün qəsəbələrinə gələn ayını partladıblar. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
1news.az oxu.az-a istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, partlayıcı yem olan qazana qoyulub.
Regionun Ekologiya Nazirliyindən bildirilib ki, bu qəddar davranış heyvanlara qarşı amansızlıq da daxil olmaqla Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyəti ilə nəticələnə bilər.
Məlumat yoxlanılması üçün Daxili İşlər Nazirliyinə təqdim edilib.
1news.az
490