Azərbaycanda kassa aparatları ilə dövriyyə 51,1% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda kassa aparatları ilə dövriyyə 51,1% artıb

Qafar Ağayev17:38 - 13 / 06 / 2022
Azərbaycanda kassa aparatları ilə dövriyyə 51,1% artıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən 1news.az-a verilən məlumata görə, indiyədək ölkə ərazisində 62.747 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 faiz çoxdur.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər