Azərbaycanda Vençur Kapital Fondu yaradılır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda Vençur Kapital Fondu yaradılır - FOTO

Qafar Ağayev09:36 - 14 / 06 / 2022
Azərbaycanda Vençur Kapital Fondu yaradılır - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Paşa Holding” Şirkətlər Qrupu Vençur Kapital Fondu yaradır.

1news.az xəbər verir ki, bununla əlaqədar keçirilən bugünkü tədbirdə yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, “Technovate- Sabah mələk investorlar klubu”nun təsisçiləri və investorları və media nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən birgə fondun yaradılması ilə bağlı bildirib: “Bu gün biz “Paşa Holding” Şirkətlər Qrupu ilə birgə ölkəmizin innovasiya ekosisteminin parlaq gələcəyinə hesablanmış birgə Vençur Kapitalı Fondunu təsis etdik. İnanırıq ki, fond innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq”.

Qeyd edək ki, Vençur Kapitalı Fondunun büdcəsi 11.3 milyon manat təşkil edir. Fondun təsis olunmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “Paşa Holding” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırıb.

Sözügedən Fond 7 il ərzində maliyyə texnologiyaları, təhsil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, bulud texnologiyaları, pərakəndə satış, e-ticarət və oyun sənayesi kimi sektorlarda ümumilikdə 150 yerli və regional startaplara investisiya yatırmağı planlaşdırır. İnvestisiya prosesi ölkədə həyata keçirilən inkubasiya və akselerasiya proqramlarının təhlili əsasında icra ediləcək.

Bununla yanaşı, “Technovate-Sabah Mələk İnvestorlar Klubu” ilə əməkdaşlıq çərçivəsində “şərikli investisiya” (matching investment) modelinə xüsusi önəm veriləcək.

Eyni zamanda, investorların potensialının artırılması üçün “Technovate-Sabah Mələk İnvestorlar Klubu” ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər, o cümlədən investisiya üzrə təlim proqramlarının təşkili və gələcəkdə investorların Silikon Vadisinə səfəri də nəzərdə tutulur.

Paylaş:
593

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər