Kamaləddin Qafarov: “Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə üz-üzə qoya bilər” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə üz-üzə qoya bilər”

10:41 - 18 / 06 / 2022
Kamaləddin Qafarov: “Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə üz-üzə qoya bilər”

“Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasında son dərəcə maraqlıdır və bu istiqamətdə davamlı olaraq çalışmalar həyata keçirir.

İyunun 16-da işə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezidentimiz bir çox digər vacib mövzularla yanaşı bu məsələyə də ətraflı münasibət bildirərək, Qafqazda regional təhlükəsizliklə bağlı ölkəmizin yanaşmalarını çox aydın şəkildə təqdim etdi. Tarixin səhifələrində müharibədə işğalçı dövlətə qalib gəlmiş, təcavüzkarı məğlub edərək öz ərazilərini azad etmiş qalib ölkənin sülh təklifi etməsinə çox nadir hallarda rast gəlinir. Lakin Azərbaycan bu addımı atır. Səbəb isə budur ki, dövlətimiz təkcə öz ölkəsinin ərazisində deyil, bütün Cənubi Qafqaz regionunda sülh, əmin-amanlıq və inkişaf görmək istəyir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün artıq sülh və əməkdaşlıq yaratmaq vaxtıdır. Əgər Ermənistan hökuməti bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaq.”

1news.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir. “Bu prosesdə cüzi irəliləyişlər müşahidə edilsə də, gözlənilən nəticələrin əldə olunması üçün qətiyyən kafi deyil. Məlum olduğu kimi, Azərbaycan 2020-ci ilin noyabr ayında Vətən müharibəsini tarixi Qələbə ilə başa vurduqdan az sonra sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdi. Lakin Ermənistan bu sülhsevər təklifə cavab vermədi. Daha sonra Azərbaycan yenə də regional sülh və təhlükəsizlik prinsiplərini əsas tutaraq bu istiqamətdə növbəti addım atdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və eynilə bütün region ölkələrinin mənafeylərinə uyğun olan digər prinsipləri də özündə ehtiva edən təklif irəli sürdü.Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi.

Əlbəttə ki, bu olduqca yaxşı bir haldır və artıq müsbət dinamikanın təzahürüdür. İndi artıq əməli addımlar atmaq vaxtıdır. Azərbaycan yenə də xoşməramlı niyyətini nümayiş etdirərək öz tərəfindən sülh razılaşması üzrə komissiya yaratdı. İndi müvafiq addımın Ermənistan tərəfindən atılması lazımdır ki, artıq bilavasitə sülh danışıqları başlasın. Lakin Ermənistan hələ də nəyisə gözləyirmiş kimi, qərarsızlıq nümayiş etdirir. Bu isə qətiyyən yaxşı əlamət deyil”.

K.Qafarov Azərbaycana qarşı istənilən növbəti ərazi iddialarının Ermənistana çox baha başa gələ biləcəyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev Vətən müharibəsindən sonra keçən müddət ərzində Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulması üçün hər iki ölkə tərəfindən atılması zəruri olan addımlar barədə dəfələrlə bəyanatlar verib. Bakı Forumunun açılış mərasimin etdiyi çıxışında da dövlət başçısı bu məsələyə toxundu və Azərbaycanın mövqeyini növbəti dəfə birmənalı olaraq ortaya qoydu. İlk növbədə, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Moskva Bəyanatının bütün müddəalarına və xüsusilə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir. Necə ola bilər ki, Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışı təmin etsin, Ermənistan isə Zəngəzur dəhlizinin açılmasını, yəni Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini bloklasın ? Əlbəttə ki, bu, yolverilməzdir və Azərbaycan bu vəziyyətin uzun müddət davam etməsinə dözə bilməz. Ermənilər bilməlidirlər ki, vaxt uzatmaq məqsədilə məsələlərin həllini gecikdirmək taktikası heç də yaxşı sonluqla nəticələnmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və birmənalıdır. Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün əsas baza elementlərindən biridir. Prezident İlham Əliyev məxsusi olaraq bu məsələni vurğulamaqla alternativ variantın olmadığını bir daha qeyd etdi: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.”

Millət vəkilinin fikrincə, Zəngəzur dəhlizinin açılmaması müzakirə mövzusu ola bilməz, çünki bu məsələ Üçtərəfli Bəyanatda öz əksini birmənalı şəkildə tapıb. Digər tərəfdən, Ermənistan tərəfindən hələ də dırnaqarası “Dağlıq Qarabağ”ın statusu ilə bağlı fikirlər səsləndirilməkdədir. Bu, ilk növbədə, Ermənistanın özü üçün çox təhlükəli mövqedir:” Azərbaycan ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi mövcud deyil. Buna görə də statusla bağlı istənilən iddialar faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymaq cəhdi kimi qiymətləndirilə bilər. Belə olan halda isə Azərbaycan da Ermənistana qarşı Qərbi Zəngəzurla bağlı eyni iddialar irəli sürə bilər. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın buna həm tarixi nöqteyi-nəzərdən hüququ, həm də mənəvi haqqı var. Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə üz-üzə qoya bilər”.

1news.az

Paylaş:
417

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər